Hacı Beyləqanski MƏŞHUR AVTORİTETİ ÖLDÜRÜB
2-06-2018 16:29
Baxış sayı:
12520

Azərbaycanlı qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) rus mafiyasının keçmiş lideri Aslan Usoyanın (Ded Xasan) ölümündə ittiham olunur.
Bu barədə məlumatı "Teleqram" sosial şəbəkəsindəki "Mash” kanalı yayıb.
“Teleqram" kanalı həbs olunan Beyləqanskiyə qarşı əməliyyatın Moskva polisinin yox, Federal Təhlükəsizlik Xidmətinin apardığını bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Talıbxanlının "Ağ Ev” restoranında saxlanıldığını bildirib.
Talıbxanlı mərhum qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından biri sayılırdı. Lənkəranskinin ölümündən sonra da Talıbxanlı ona xəyanət etməyib.
Bundan öncə Rusiya mətbuatı dəfələrlə Ded Xasanın ölümünün arxasında Rövşən Lənkəranskinin olması haqqında məlumat yayıb.