Havada GƏRGİN ANLAR: Rusiya və ABŞ təyyarələri... - VİDEO
5-07-2019 14:23
Baxış sayı:
9502

Rusiya Hərbi Hava Qüvvələrinin Su-27 təyyarəsi Qara dənizin hava məkanında ölkə sərhədlərinə yaxınlaşan ABŞ-a aid P-8A Poseydon təyyarəsinə müdaxilə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb. Bildirilib ki, ABŞ təyyarəsi Krıma 75 km məsafədə uçub. Buna görə də Rusiya təyyarəsi onun uçuş istiqamətinə müdaxilə edib. Qeyd olunub ki, Rusiya təyyarəsinin müdaxiləsi beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirilib./Publika