Havay adalarında növbəti dəhşət
5-06-2018 20:31
Baxış sayı:
4264

Havay adalarında fəaliyyətdə olan Kilauea vulkanı yerləşən bölgədə 5.5 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti informasiya yayıb.
Zəlzələnin episentri Havay-Paradays-Park statistik izolyasiya bölgəsinin 40 kilometr cənub-qərbində, zəlzələ ocağı isə yerin 1.5 kilometr dərinliyində qeydə alınıb.
Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından sayılan Kilauea vulkanı həmçinin aktivliyi ilə də seçilir. Son dəfə 1983-cü ilin 2 yanvarında oyanan vulkan hələ də fəaliyyətdədir.