"Heç bir şey etməmişəm, ittiham qorxuncdur" - TRAPMPDAN İMPİÇMENT SƏSƏVERMƏSİNƏ REAKSİYA

Baxış sayı:
3952

"Heç bir şey etməmişəm, ittiham qorxuncdur". Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu bu gün ABŞ Konqresində keçirilən impiçment səsverməsi öncəsi Tvitter hesabında Prezident Donald Tramp bildirib. Bu hadisənin başqa bir prezidentin başına gəlməsini istəmədiyini deyən Tramp özünün hədəf olduğunu deyib: "Sadəcə birinə zərər vermək istədilər. Düzgün bir sorğulama aparmaq istədilər. Heç bir cinayət aşkar edə bildilər". Qeyd edək ki, Nümayəndələr Palatasında ABŞ Prezidenti Donald Trampın impiçment məsələsi ilə bağlı qərar gözlənilir. Tramp səlahiyyət həddini aşmaq və Konqresin fəaliyyətini əngəlləməkdə günahlandırılır.