Hillari Klinton 2020-də prezidentliyə namizəd olacaqmı?

Baxış sayı:
25501

 2016 seçkilərində Respublikaçı Partiyanın namizədi Donald Tramp qarşısında məğlubiyyətə uğrayan Demokrat Partiyanın namizədi, keçmiş xarici işlər naziri Hillari Klinton, 2020 seçkilərində namizəd olmayacağını açıqlayıb.
 
Nyu Yorkda “News 12” televiziyasına açıqlama verən Klinton "Seçki yarışına qatılmayacağam. Nəyə inanıramsa, onlar üçün işləməyə, danışmağa və dəstəkləməyə davam edəcəyəm" deyib.
Gələcəkdə hər hansı bir dövlət vəzifəsi üçün namizəd olub-olmayacağı da soruşulan Klinton, buna "İnanmıram" cavabını verib. Klinton ilə bağlı yeni seçki yarışına girəcəyi yönündə bir çox şayiə dolaşırdı. Klinton 2020 seçkiləri üçün bəzi Demokrat Partiyanın namizədləri ilə görüşdüyünü söyləyib və "Onlara heç bir şeyi çantanızda Kəklik kimi görməyin dedim" deyib.
Müxalifət.az