Hind sənətçidən maraqlı aksiya — İnək olmaq qadın olmaqdan daha təhlükəsizdir
5-06-2018 19:24
Baxış sayı:
4204

Hindistanda Sujatro Goş adlı fotoqraf ölkədəki zorlamalara diqqət cəlb etmək üçün yeni layihəsini təqdim edib.
Muxalifet.az xəbər verir ki, layihə “Qadınlar inəklərdən daha dəyərsizdir?” adlanır.
Hindistanda hər 15 dəqiqədən bir zorlanma hadisəsi olur. Hind qadınları isə Hindistanda inək olmaq qadın olmaqdan daha təhlükəsizdir sualını ünvanlayırlar.
23 yaşlı fotoqraf layihə ilə bağlı deyib:
“Ölkəmdə zorlanan və təhqir edilən qadının ədalət tapması bir çox hindu üçün müqəddəs olan inəyin ədalət tapmasından daha uzun müddətə başa gəlir. Bu da ağlıma inəklərin qadınlardan daha önəmli olduğu sualını gətirib”.