Hökumətin gizlətdiyi dəhşətli məlumat - 4 min 600 ölü
29-05-2018 22:23
Baxış sayı:
5215

Ötən ilin sentyabr ayında Puerto-Rikoda baş verən dəhşətli Mariya qasırğa nəticəsində ölənlərin sayı 64 deyil, 4 min 600 nəfər olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Harvard Universitetinin araşdırmasında deyilib.
Eyni zamanda bildirilib ki, təbii fəlakətdən sonra ölkədə ölüm halları 60 faiz artıb.
Tədqiqatçılar qeyd edir ki, araşdırmaya ölkədə səhiyyə xidmətində mövcud olan çatışmazlıqlardan dolayı ölənlər də daxil edilib.
Xatırladaq ki, hökumətin rəsmi məlumatında qasırğa nəticəsində ölənlərin sayının 64 nəfər çatdığı göstərilmişdi.