Hollandiyalı jurnalist Suriyada ÖCALANIN PLAKATINI PAYLAŞDI

Baxış sayı:
8308

Terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG, Hasəkədə PKK-nın terrorçubaşı Öcalanın portretlərini asıb.
 
Hollandiyalı jurnalist, Hasəkədən yeni fotolar paylaşıb. Suriyanın keçmiş lideri Hafiz Əsədin plakatının qaldırıldığı şəhərin girişində artıq terror təşkilatı PKK-nın lideri Öcalan və digər terrorçuların portretləri asılıb. Fotoşəkil, terror təşkilatı PKK ilə YPG arasındakı əlaqəni aydın şəkildə sübut edir.
Qeyd edək ki, Afrinə qarşı həyata keçirilən “Zeytun Budağı” hərəkatında ayparanın tamamlanması ilə terrorçulardan təmizlənən sahə 575 kvadrat kilometrə çatıb. Türk vertolyotları, gecə saatlarında Cindərəsindəki terror mövqelərini vurub.TSQ, bu səhər zərərsizləşdirilən terrorçu sayının 2083-ə çıxdığını bildirib.
Müxalifət.az