Hollandiyalı terroristi “QIRMIZI BERETLİLƏR” MƏHV EDİB

Afrində son bir həftədə Hollandiya, İspaniya və Fransa vətəndaşı olaraq 3 xarici terrorçu öldürülüb.
Afrində keçən həftə, bomba yüklü avtomobillə Türk birliyinə intihar hücumu həyata keçirmək istəyərkən, “qırmızı beretli”lər tərəfindən məhv edilən terrorçunun, 2 il əvvəl YPG sıralarına qatılan Hollandiyalı Sjoerd Heeger (45) olduğu ortaya çıxıb.
AİLƏSİ CƏNAZƏSİNİ ALMADI
“Sabah” qəzetinin xəbərinə görə, həyat yoldaşını və qızını tərk edərək Suriyaya gələn Baran Sason kod adlı terrorçunun keçən il, üzərində Abdullah Öcalanın fotoşəkilinin olduğu paltarla, "YPG tərəflərində bir Hollandiyalı" olaraq xarici mediaya müsahibə verdiyi müəyyən olunub. Terrorçu Heegerin Raqqada, El Babda və Cerablusda YPG sıralarında döyüşlərə qatıldığı təsbit edilib.
Niderland Xarici İşlər Nazirliyinin də terrorçunun ölümünü doğruladığı, ailəsinin isə cəsədini qəbul etmədiyi bildirilib.
2 əcnəbi terrorçu daha öldürülüb
“Zeytun Budağı” hərəkatı çərçivəsində YPG sıralarında əcnəbi terrorçular bir-bir öldürülür. Əməliyyatda, 1993-cü ildə doğulan bir İspan vətəndaşı Samuel Prada Leon və 1977-ci ildə dünyaya gələn bir Fransız vətəndaşı Olivier François Jean Le Clainche adlı terrorçunun öldürüldüyü bildirilib.
Müxalifət.az