One of the organizers of today's protest has told CNN they've “never seen such a big crowd” in Hong Kong. Live updates: https://cnn.it/2Xj7XWI
Honkonqda 2 milyon insan etiraz aksiyasına çıxıb – VİDEO
17-06-2019 09:19
Baxış sayı:
5401

Çinin xüsusi inzibati rayonu olan Honkonqda iki milyona yaxın etirazçı küçələrə çıxıb.
“Report” xəbər verir ki, bu barədə rayonun Mülki İnsan Hüquqları Cəbhəsinə istinadən CNN məlumat yayıb.
Polisin qiymətləndirməsinə görə, ilkin marşrut üzrə 338 min insan hərəkət edib. Həmçinin təşkilatçılar iddia edirlər ki, ümumilikdə iki milyona yaxın etirazçı olub.
Eyni zamanda qeyd olunur ki, etirazçılar nümayişlərin hökumət ekstradisiya haqqında qanunu tam olaraq geri götürməyincə, həbs olunmuş etirazçıları azad etməyincə və onların üzərindən ittihamı götürməyincə, eləcə də, baş katib Kerri Lemi istefaya getməyə məcbur etməyincə davam edəcəyini bildiriblər.