​“HƏR KƏS ÖZ İŞİ İLƏ MƏŞĞUL OLSUN…” - Ermənistan prezidenti müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə qarşı çıxdı

Baxış sayı:
841

Ermənistan prezidenti Vaaqn Xaçaturyan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə münasibət bildirib. Xaçaturyan Ermənistanın İctimai Televiziyasına ölkə prezidentinin səlahiyyətlərinin 100 gününün yekunlarına həsr olunmuş müsahibəsində bildirib ki, belə bir bəyanat olacağı təqdirdə ölkə manevr hüququnu itirəcək.
“Biz realist olmalıyıq. Bunu bəyan etsəniz, manevr hüququnuzu itirmiş olarsınız. Biz siyasət və diplomatiyanı populizmdən və ictimai bəyanatlardan ayırmağı bacarmalıyıq. Biz bunu etmirik və hamısını qarışdırırıq”, - erməni prezident deyib.
Onun sözlərinə görə, danışıqlar prosesində iştirak edən məmurları belə imkandan məhrum etmək lazım deyil.
“Baş nazir bu barədə ictimaiyyətə danışmağa cəsarət etdi. Müxalifət arasında oxşar vəziyyətə düşənlər də var. Onun nümayəndələrinin davranışı suallar doğurur. Ruhumuz Qarabağ üçün ağrıyırsa, bu, hər kəsin öz işi ilə məşğul olmasında təzahür etməlidir”, - Ermənistan prezidenti bildirib./Qafqaz.media