Hərbi Hava Qüvvələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
23-02-2019 14:08
Baxış sayı:
4039

Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.