Hərbi poliqon yandı, silah-sursat partladı
14-06-2019 22:23
Baxış sayı:
11113

Rusiyanın Voronej vilayətində hərbi poliqonda yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, yanğın nəticəsində silah-sursat partlamağa başlayıb.
Qeyd olunur ki, yanğına poliqonun ərazisində quru otun yanması səbəb olub.
Hadisənin yaşayış məntəqələrinə təhlükə törətmədiyi deyilir.