Hərbi sursat satan erməni hərbçi tutulub

Baxış sayı:
7810

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında silah sursatın və hərbi əmlakın oğurlanması, satılması ilə bağlı açılan cinayət işlərinin sayı çoxalmaqda davam edir.
 
5-ci dağ atıcı alayın mühəndis-istehkam bölməsində xidmət edən hərbi qulluqçu Karen Sarkisyan oğurladığı partlayıcı maddəni, hərbi əşya-əmlakını və ərzağı satarkən tutulub.
Hərbi qulluqçu K. Sarkisyan balıqçılara satdığı partlayıcı maddənin puluna bölmənin bəzi məsrəflərini ödədiyini deyib.
Bu işdə daha kimlərin əli olduğunu müəyyən etmək məqsədilə faktla bağlı araşdırma davam edir.