Hüquqşunas Emin Aslana 30 sutka həbs
5-06-2018 18:39
Baxış sayı:
4395

Hüquqşünas Emin Aslan həbs edilib.
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov feysbukda məlumat verib.
O bildirib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) təqsirli bilinərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Emin Aslan ötən gün axşam saatlarında saxlanılıb.