İbrahim Kalın: "Haftara "DUR" deyilməsə,Liviyanı da Suriyanın taleyi gözləyir"

Baxış sayı:
3643

Liviyadakı son hadisələrə toxunan prezident sözçüsü İbrahim Kalın, qanuni hökuməti təhdid edən qüvvələrin başında duran "Haftar"ın dayandırılmasının lazım olduğunu vurğuladı. Kalın, Haftar hücumlarının yanvar ayında da davam edəcəyi təqdirdə, Almaniyada keçiriləcək Liviya zirvəsinin mənasının qalmayacağını ifadə etdi.
Muxalifet.az 
bu barədə "Hurriyet"ə istinadla xəbər verir.
Prezident sözçüsü İbrahim Kalın, Liviya, BMT-nin tanıdığı Milli Birlik Hökuməti ilə, paytaxt Tripolini təhdid edən, ölkənin şərqindəki silahlı qüvvələrin başında duran Xəlifə Haftar arasında atəşkəsi, Haftarın özünün pozduğunu söylədi. İbrahim Kalın, «heç kim bundan sonra Haftara dayan deməsə, ölkə Suriya kimi olacaq. Dünyanın gözü qarşısında Haftara silah yardımı edilir. Almaniyada yanvar ayında bir zirvə görüşü keçiriləcək. Haftar hücumları davam edərsə, Berlində zirvə görüşünün heç bir mənası qalmayacaq. Türkiyə gedib Liviyanı işğal etmir, kimsənin torpağını ələ keçirmir " dedi. Kalin "Kanal 7"-də çıxış etdiyi proqramda bunları söylədi:
Liviya hökuməti yardım tələb etdi
"Əbu Dabidə Fayiz Saracla Haftar görüşdü və saiş imzalandı. Lakin Haftar onu pozdu, hücumlara başladı və o vaxtdan bəri heç kim Haftarı dayandırmadı. Milli Birlik Hökuməti bizə müraciət edib, dedilər ki,  razılaşma pozuldu və bu qanuni deyil. Avqust, sentyabrda Haftar aktivləşməyə başladığı üçün bizdən kömək istədilər. Onlara dedik ki, « gəlirik". Ölkədə siyasi boşluq olduğu üçün bir çox dövlətlər bölgəyə müdaxilə edirlər. Qətnamədən sonra hərbi qiymətləndirmələr aparılacaq və yardımlar müəyyənləşəcək. Haftarın təcavüzü dünyanın qarşısında baş verir. BMT-nin idarə etdiyi proses var. Almaniyada yanvarda keçiriləcək zirvə görüşündə prezident Ərdoğan Merkel ilə görüşəcək.
Tarixi bağlarımız var
Türkiyənin təhlükəsizliyi sərhədlərində başlayır. Liviya bizə çox yaxınlaşa bilər, dəniz qonşumuzdur, tarixi bağlarımız var. Şimali Afrikada böhran olduğu zaman, bütün Aralıq dənizi bölgəsinə, Türkiyəyə təsir edir. Türkiyənin hərbi sahədə və diplomatik masada olması çərçivəsində, biz işlərimizə davam edəcəyik.
Başqalarının hücumuna səs çıkarmayanlar bir ağızdan “Türkiyənin Liviyada nə işi var” deyir. Rusiya, İngiltərə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Fransanın Liviyayala sərhədləri olmamasına rəğmən Liviyaya müdaxiləsinə heç bir şey demirlər.

Berlin mərhələsi
Prezident Ərdoğan, “Əlcəzair və Tunis ilə dialoqu artıraq " dedi. Tunis və Əlcəzairə səfər etdi, bu ölkələr ilə əlaqə davam edir, ziyarətlər ola bilər. Prezidentimiz Tunis, Əlcəzair və Qətərin Berlin prosesinə daxil edilməsinin vacib olduğunu söyləyir. Kalın ABŞ sanksiyaları barədə bunları söylədi: “Tramp administrasiyası da narahatdır. Yanvar ya fevralda yeni sanksiya paketi gəlir - S-400, Turk Axını, hər şey var. Ortada Türkiyəyə qarşı çox böyük qərəz var. Suriya, Aralıq dənizinin şərqində, Liviyada türk bayrağı görməkdən narahatdırlar. ABŞ Milli Təhlükəsizlik Müşaviri O’Brien ilə danışdım və "Bu absurddur" dedim. O, “Bəli, haqlısan, bunu nəzərdən keçirəcəyəm, senatorlarla danışacağam” dedi. Ümumi olaraq “Türkiyə Rusiyaya çox yaxınlaşdı, Qərb ittifaqından qopdu” şərhlər edilir. Hadisələri bu yerə çatdıran kimdir? Türkiyəni atılan addımlarda nəzərə almayacaqsınız, kənarlaşdıracaqsınız, sonra dönüb bizə sual soruşacaqsınız. Türkiyə, enerji və müdafiə sənayesi qaynaqlarını inkişaf etdirəcək ".
2 türk hərbi gəmisi Liviyanın qərbinə gedir
Liviyaya, hökumətin əsgər göndərməsinə dair TBMM-də müzakirə öncəsi Aralıq dənizində maraqlı hərəkətlilik yaşanır. Türk Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi gəmi yanvar ayında Liviyanın qərbindəki Əlcəzairdə olacaq. Müdafiə Nazirliyi, TCG Göksu və TCG Gökova gəmilərinin 7-10 yanvar 2020 tarixlərində Əlcəzairdə olacağını açıqladı. Bu gəmilər Əlcazairdə Türk dəniz tarixində əhəmiyyətli yeri olan Oruç Rəisin xatirəsini anmaq üçün ziyarət edəcək.

Afina: Sammitdə iştirak etmək istəyirik
Yunanıstan baş naziri Kiriakos Miçotakis ölkəsinin yanvar ayında Berlində Liviya sammitində iştirak etmək istədiyini söylədi. Miçotakis, Yunan “To Vima” qəzetinə verdiyi açıqlamada, Liviya probleminin həllində AB-nin də imzası ola bilməsi üçün Liviyanın növbəti hökumətinin, Türkiyə ilə dəniz səlahiyyət sərhədlərilə bağlı imzalanan sazişini etibarsız elan etməsi şərtini qoydu.
Ərdoğan Merkel ilə Liviya məsələsini müzakirə etdi
Prezident Ərdoğan, Almaniya Kansleri Angela Merkel ilə telefonla danışdı. Bu görüşdən bir qədər əvvəl Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmışdı. Rabitə nazirliyinin şərhinə görə, Ərdoğan-Merkel, xüsusilə Liviya və Suriyadakı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdi. Almaniyanın paytaxtı Berlin, yanvar ayında Liviya liderlərinin sammitinə ev sahibliyi etməyə hazırlaşır.
Kremldən verilən məlumata görə, Putin-Merkel telefon danışığında Liviya böhranının həlli üçün Almaniyanın və BMT-nin vasitəçiliyi ilə siyasi və diplomatik səylərin artırılması müzakirə edildi. Görüşdə ABŞ-ın sanksiya qərarı verdiyi Şimal Axını-2 boru kəməri layihəsi ilə bağlı yeniliklər da qiymətləndirildi.
Muxalifet.az