“İcra başçısı məclislərdə deyir ki, Zərdabı mənə veriblər…" – SAKİNLƏRDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
4810

Zərdab rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə prezident İlham Əliyevə müraciət ediən sakinlər yazırlar:
“Cənab Prezident!
Yeni nazirlərin təyinatına biz Zərdab rayon sakinləri çox sevindik. Çünki həmin gənc nazirlər, komitə sədrləri qısa müddətdə öz sahələrində ciddi dönüşlər ediblər. Çünki həmin gənc kadrlar prezidenti, dövləti və xalqı sevirlər. İnanırıq ki, Siz bu kadr islahatları çərçivəsində 11 ildir Zərdab rayonunu viran qoyan, zərdablılara zülm yaşadan Lütvəli Babayevi gənc bir kadrla əvəz edəcəksiniz.
Cənab Prezident!
İnanın ki, bərbad günə düşməsinə görə Zərdab rayonu qonşu rayaonlardan çox-çox fərqlənir. Rayonun mərkəzi küçələri bərbad gündədir, zibillliklər antisanitariya baş alıb gedir. Rayonda heç bir quruculuq-abadlıq işləri aparılmır. Lütvəli Babayev büdcə təşkilatlarında işləyən işçilərin maaşlarından hər ay 20-30 manat pul tutulması üçün direktor və müdirlərə xüsusi göstəriş verib.
Rayonda adi bir işin görülməsi üçün büdcə təşkilatının işçilərinin maaşlarından pul tutulur. Sahibkarlara aylıq haqq kəsilib. Heç bir ağac əkilmədən yaşıllaşdırma adı ilə küllü miqdarda pullar Lütvəli Bbayev tərəfindən mənimsənilir. Lütvəli Babayev həm savadsızlığına, həm iş bacarığının olmamasına, ən əsası isə sakinlərin nifrətin qazandığına görə Zərdab rayon saknləri onun tutduğu vəzifədən nə vaxt kənarlaşdırılacağını səbrsizliklə gözləyirlər.
Psixoloji problemi olan Lütvəli Babayev hətta məclislərdə deyir ki, "mən nə vaxt özüm istəsəm, onda vəzifədən gedəcəm, çünki Zərdabı mənə veriblər".
İndi də barama planının doldurulması üçün saxtakarlığa start verib. Büdcə təşkilatlarının işçilərinin maaşlarından pul tutulmağına göstəriş verib. Həmin pulla Şəki barama qəbulu məntəqəsindən barma planının verməsinə dair sənəd alacaq.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik, 11 ildir ki, Zərdab rayonunu viran gününə qoyan, zərdablılara zülm yaşadan, psixoloji problemi olan, savadı-təcrübəsi qətiyyən olmayan Lütvəli Babayevi gənc, işgüzar  və savadlı kadrla əvəz edəsiniz”.
Qeyd edək ki, müraciətə aşağıdakı sakinlər imza atıb:
Qasımova Tamaşa Soltan qızı,
Dadaşova  Bəsti Nizami qızı,
Salmoanov Bəxtiyar Hidayət oğlu,
Məmmədov Vəli Oruc oğlu,
Talıbova Cəmilə Mirağa qızı,
Hüseynov Cavad Famil oğlu,
Rəhimov Xasay Rövşən oğlu.
 


Muxalifet.az