İcra başçısının adı keçən 12 milyonluq fırıldaq – ABDİN FƏRZƏLİYEV 3-cü, MƏRDAN CAMALOV 1-ci OLDU
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ötən həftənin ikincisi seçildi

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Şirvan ŞİH: "Qohumluq əlaqəsinin olmasına baxmayaraq hər kəs öz əməlinə cavabdehdir”” başlıqlı məqalənin 8 saytda yayılması ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov tutmuşdur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “İcra başçısının əlindən dad deyən Göyçay... – GİLEY” adlı məqalənin 7 Elektron KİV-də yayılması ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tutmuşdur. Nəhayət, mətbuatda adı ən çox hallanan icra aşçıları arasında 3-ci yeri isə “İcra başçısı Abdin Fərzəliyevin adı hallanan 12 milyonluq fırıldaq” başlıqlı məqalənin 6 saytda yayılması ilə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev tutmuşdur. Muxalifet.az