İcra başçısının birinci müavini işdən çıxarıldı
22-05-2019 09:45
Baxış sayı:
9766

Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Goranboy rayonu İcra Hakimiyyətində daha bir yüksək rütbəli məmur vəzifəsindən kənarlaşdırılıb.
Elçin Xanlar oğlu Cahangirov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Boş qalmış vakant yerə hələlik təyinat yoxdur.