İki gün sonra Gürcüstan hökuməti istefaya gedə bilər – TİFLİSDƏ İSTEFA TƏLƏBİ...

Baxış sayı:
2794

Tiflisdə qətlə yetirilmiş yeniyetmə, 16 yaşlı David Saralidzenin atası Zaza Saralidze yeni etiraz aksiyalarının keçiriləcəyini bildirib.
Bu barədə o, Pirveli teleşirkətinə açıqlama verib.
O, qeyd edib ki, aksiyalar ədalətin bərpa olunması və hökumətin istefaya getməsi tələbləri ilə keçiriləcək. İri miqyaslı aksiyaların təşkilatçısı oğlunun qətli ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən aparılan təhqiqatdan narazılığını ifadə edib. Zaza Saralidze qeyd edib ki, sabah DİN-dən konkret nəticələr gözləyir.
"Mən konkret soyadları adlandırır, konkret şəxslərin həbsini tələb edirəm. DİN-ə daha 1 gün vaxt verirəm və artıq sabah nəticələr gözləyirəm", - deyə o vurğulayıb.
Z.Saralidze qeyd edib ki, əks təqdirdə iyunun 10-da paytaxtda yeni irimiqyaslı aksiyalar başlayacaq. Qeyd edək ki, onun oğlu David Saralidze və dostu Levan Dadunaşvili 2017-ci ilin 1 dekabrında Tiflisdə məktəblilər arasında yaranan dava zamanı qətlə yetiriliblər. Cinayət işi ilə bağlı saxlanılanlar var.