İki terror təşkilatı arasında qarşıdurma! 19 ölü, 25 yaralı

Baxış sayı:
18280

 Əfqanıstanın şərqindəki Kunar vilayətinin Çapadərə rayonunda terror təşkilatı İŞİD-la Taliban arasında silahlı qarşıdurma baş verib.
 
Kunar valisi Əbd Səttar Mirzakval jurnalistlərə verdiyi açıqlamada, Çapadərə rayonunda Taliban və İŞİD döyüşçüləri arasında qarşıdurma çıxdığını bildirib.
Mirzakval münaqişədə 17 İŞİD üzvü ilə 2 Taliban döyüşçüsünün öldüyünü, 15 İŞİD terrorçusu ilə 10 Taliban üzvünün də yaralandığını söyləyib.
Çapadərənin polis rəisi Xəlilullah Xəlili də İŞİD üzvlərinin toqquşma nəticəsində Taliban nəzarətindəki Dərə Nanglam və Dərə Digel bölgələrini ələ keçirdiyini ifadə edib.
Xəlili qarşıdurma səbəbilə 2 min ailənin bölgədən ayrılmaq məcburiyyətində qaldığını qeyd edib.
Müxalifət.az