“İncirlik və Kürəcik bazalarının bağlana biləcəyi xəbərini qəzetdən oxudum” - ABŞ-dan REAKSİYA

ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyə prezidenti R.T.Ərdoğanın lazım gələrsə, ABŞ-ın İncirlik və Kürəcik hərbi bazalarının bağlana biləcəyi açıqlaması haqqında belə deyib: “Bu məsələ barəsində bundan əvvəl mənə məlumat gəlməyib. Mən də ilk dəfə qəzetlərdə gördüm və bu məsələdə tam olaraq nəyi nəzərdə tutduqlarını və nə dərəcədə ciddi olduqlarını dəqiqləşdirmək üçün həmkarımla danışmağım lazımdır”. Bəlli olduğu kimi, Türkiyə prezidenti ABŞ Senatının sanksiya layihəsinə cavab olaraq, Türkiyənin İncirlik və Kürəcik bazalarının qapısını Amerika hərbçilərinin üzünə bağlana biləcəyini bəyan eləyib. Kürəcik radar bazasının NATO tərəfindən müzakirə edilməli olduğunun lazım gəldiyini söyləyən Esper deyib: “Təbii ki, ilk növbədə onların suveren dövlət olduqlarını söylməliyik. Yəni NATO və ya xarici qüvvələrə öz torpaqlarında yer vermək məsələsində təbii hüquqları vardır. Lakin, dediyim kimi, dediklərində ciddidirlərsə, bu, İttifaqla bağlı məsələ olacaqdır”./Hurriyyet.org