İndoneziyada güclü zəlzələ: Ən təhlükəli...
24-02-2019 20:17
Baxış sayı:
1516

İndoneziyanın Sulavesi adasındakı Qorontalo əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, zəlzələ nəticəsində insan tələfatı və dağıntının yaşanması ilə bağlı hələlik məlumat yoxdur.
Zəlzələdən sonra sunami təhlükəsinin gözlənilmədiyi bildirilib.
Qeyd edək ki, Sulavesi adası ən təhlükəli zəlzələ bölgələrindən hesab olunur. Bir qədər əvvəl burada baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsində 2 min insan həlak olub, 20 mini evsiz qalıb.