​İngiltərədən Rusiyaya çağırış: MƏCBURSUNUZ

Baxış sayı:
4636

BMT Təhlükəsizlik Şurasının 2401 saylı qərarını təsdiq edən Rusiya atəşkəsi təmin etməyə məcburdur.
Muxalifət.az xəbər verir ki, bu sözləri Britaniya Xarici İşlər naziri Boris Conson deyib.
“Şərqi Qutada mülki əhaliyə qarşı davam edən hücumlara və Rusiya təyyarələrinin Əsəd rejiminə dəstək verməsi haqda yayılan xəbərlərə görə dərin narahatlıq keçirirəm”, - Conson bildirib.
Qeyd edək ki, Rusiya atəşkəs qərarını təsdiq etdikdən sonra Qutaya 200 hava hücumu təşkil edib. Nəticəsində 100-dən çox insan həlak olub.