İNSANSIZ TANKLARDAN "ZEYTUN BUDAĞI" ƏMƏLİYYATLARINDA İSTİFADƏ OLUNACAQ

Baxış sayı:
11134

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "pilotsuz tank” istehsal edəcəyik” açıqlamasından sonra Müdafiə Sənayesi Müşavirliyindən (MSM) 20-dən artıq insansız tanklardan “Zeytun budağı” əməliyyatında istifadə olunacağı açıqlanıb.
Hurriyyet.org-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Müdafiə Sənayesi Müşavirliyinin “Tvitter” ünvanından açıqlama verərək bildirib ki, artıq bu yöndəki çalışmalar sürətləndirilib.
Müdafiə müşaviri İsmayıl Dəmir isə mövzuyla bağlı “Prezidentimizin bu haqdakı təlimatlarını gerçəkləşdirməyə addım-addım gedən yolda sürətlə hazır edilən 20-dən artıq pilotsuz tank yaxında TSQ-nə təhvil veriləcək və onlardan “Zeytun budağı” əməliyyatında istifadə olunacaq. İ.Dəmir bu açıqlamasıyla insansız tankların artıq hazır olduğu məlumatını təsdiqləmiş oldu.
Pilotsuz və uzaqdan idarə olunan, öz-özünə qərar verə bilən “qara maşınlar” xüsusi əmrlərə tabe olmaq yönündə gəlişdirilən Türkiyənin robot mexanizmlərin təməlini formalaşdıracaq.
MSM-ilə yanaşı ASELSAN da (hərbi sənaye qurumu) 2017-ci ilk insansız “MİLREM” “qara maşını”nı tanıtmışdı.
ASELSAN da bu tip uzaqdan idarə olunan hərbi texnikaların inkişafı ilə bağlı açıqlama verərək gələcəkdə savaş sahələrində geniş şəkildə istifadə olunacaq “qara maşınlar”ın istehsalının hədəfləndiyini bildirib.