İnternetdə yeni dələduzluq: “Google” təqviminiz təhlükədədir

Baxış sayı:
2053

Getdikcə daha çox adamın həm iş həyatında, həm də özəl yaşamında internetdən istifadə etməsi səbəbilə bu məkana dələduzların axını daha da sürətlənib.

Ancaq çoxumuz e-poçtlarımızı, sosial media hesablarımızdakı tətbiqetmələri qorumağı öyrəndiyimizə görə dələduzların yeni yollar axtarıb, tapmağı da olduqca məntiqlidir.

Özümüzü bu dələduzlara qarşı qorumağımız getdikcə daha da çətinləşir. Çünki, artıq bu dələduzlar “google” təqviminizi hədəf almağa başlayıblar. Qısacası, bəhs etdiyimiz kibercinayətkarlar ən gizli məlumatlarınıza sızmaq üçün müxtəlif hiperlink tətbiqetmələrindən istifadə edirlər.

Dələduzluq bu cür cərayan edir: Kibercinayətkarlar ilk olaraq “google” təqviminizi bir-birindən rəngli, cəlbedici tətbiqetmələrlə doldururlar. Tənzimləmələriniz dəvət edilən tətbiqetmələri brauzerinizə avtomatik olaraq qəbul edirsə, burada risk daha da böyük olur. Və elə dələduzlara da bu lazımdır.

google takvimi dolandırıcılığı ile ilgili görsel sonucu

Tətbiqetmə bir dəfə yükləndikdə, “google” sizə bildirişlər göndərməyə başlayır. Bu bildirişlər güvənli görünsə də, olduqca təhlükəlidirlər.

Tutaq ki, sizə göndərilən tətbiqetmə dəvətini açdınız. Dəvətin içərisində "təbriklər, siz filan miqdarda pul qazandınız" - deyə, yazılan bir bildiriş var. Amma o dəqiqə ümidlənməyin...

Çünki, məktubun mətninə əlavə edilmiş hiperlinkə toxunduğunuzda link sizi soyadınızdan tutmuş, kredit kart hesabınıza qədər özəl bilgilərinizi oraya yazmağınızı gərəkdirən anket dolu bir səhifəyə yönləndirəcək.

Bu mərhələdən sonra artıq bütün məlumatlarınız həmin dələduzların əlinə keçmiş olur və onlar rahatlıqla sizin bu məlumatlarınıza sızıb, istənilən əməliyyatı yerinə yetirə bilirlər.

Ən maraqlısı isə ondadır ki, insanlar bu kimi dələduzluq əməllərinə necə inanırlar?

google takvimi dolandırıcılığı ile ilgili görsel sonucu

Bu cür tələlərə düşməmək üçün nə etmək lazımdır?

İlk öncə “google” təqvimini açıb, oradan tənzimləmələr bölməsinə daxil oluruq. Bundan sonra qarşınıza çıxan “tətbiqetmə tənzimləmələri” bölümünə daxil olaraq, oradan "avtomatik olaraq dəvət əlavə et" bölməsində, "xeyr, yalnızca təstiq etdiyim dəvətləri göstər" bəndini seçirik. Bununla da, şübhəli bir dəvəti görməzdən gəldiyiniz zaman həmin dəvət bir daha sizin “google” təqviminizdə görsənməyəcək.

şifresiz wifi tehlikesi ile ilgili görsel sonucu

Şifrəsiz Wi-Fi təhlükəsi

Son dövlər hər birimiz hansısa bir kafe, restoran və ya gəzintiyə çıxdığımız ərazilərdə pulsuz Wi-Fi axtarırıq. Bu demək olar ki, həyatımızın bir alışqanlığına çevrilib. Lakin şifrəsiz Wi-Fi-ların nə qədər təhlükəli olduğu haqda məlumatlıyıqmı?

Pulsuz və şifrəsi olmayan, tanımadığımız Wi-Fi bağlantıları da bu cinayətkarların ən çox olduğu məkanlardan biridir. Məhz buna görə də diqqətli olmaq lazımdır.

Tutaq ki, hansısa bir kafedə oturmusunuz və sizə təcili internetə daxil olmaq lazımdır. Siz də telefonunuzun Wi-Fi cədvəlini açıb, orada pulsuz şəbəkə axtarırsınız. Bu zaman bir neçə şifrəli Wi-Fi şəbəkəsinin içərisində, sizi tələyə salacaq olan həmin şifrəsiz şəbəkə adını görürsünüz. Lakin, ehtimal edə bilmədiyiniz nüans ondan ibarətdir ki, bu şəbəkə bir fiber-dələduz tərəfindən qurulub və onun idarə etdiyi kompüterlərə qoşulub.

google takvimi dolandırıcılığı ile ilgili görsel sonucu

Siz bu şəbəkəyə qoşulduqdan dərhal sonra cinayətkarlar sizin kompüterinizə və ya cib telefonunuza asanlıqla daxil ola bilirlər. Bir dəfə qoşulmaqla isə istənilən özəl məlumatlarınızı əldə etmək gücünə malikdirlər.

Ümid edirik ki, bu yazı bir çox oxucumuza faydalı olacaq və bundan sonra daha diqqətli olacaqlar./musavat.com