“İran ABŞ qarşısında daim qalib çıxmışdır” – İran prezidenti

İran prezidenti Həsən Ruhani “ABŞ nüvə razılaşmasında heç kimi yanına ala bilmədi və bu sui-qəsd boşa çıxdı. ABŞ yolun sonunda nüvə razılaşmasından çıxmağa və sözünü pozmağa məcbur qaldı. Bu, İranın tarixi iftixar qaynağıdır və İran Ağ Evdəki idarəçilər qarşısında daim qalib çıxmışdır' deyib.
Ağ Evdəki ABŞ idarəçilərinin İran məsələsini BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) aparmaq və ölkəsinə qarşı beynəlxalq sanksiyaları dövrəyə soxmaq istədiyini ifadə edən Ruhani, İranın nüvə razılaşmasından çəkilməməsi səbəbiylə "bu planın suya düşdüyünü" ifadə edib.
Digər tərəflərin də nüvə razılaşmasından çəkilməsi üçün edilən təhriklərin ABŞ-ın bir başqa planı olduğunu Ruhani dilə gətirib.
ABŞ-ın dərman və qida maddələrinə sanksiya tətbiq etdiyini və xəstələrin müalicə edilməsinə maneə törətdiyini qeyd edən Ruhani, "İsrail, ABŞ-dakı ifrat radikallıq tərəfdarları, bölgədəki mürtəce ölkələr və İran əleyhdarı qruplar öz məqsədlərinə çatmaq üçün Ağ Evdəki idarəçiləri aldadır. ABŞ 1 dolların 50 min tümənə çatacağını zənn edirdi, ancaq bu sui-qəsd də müvəffəqiyyətsiz oldu" deyib.
Müxalifət.az