İran ABŞ və Səudiyyə casuslarını həbsə atdı

Baxış sayı:
18268

İranda ABŞ və Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətləriylə əlaqəli olduğu iddia edilən iki şəxs həbsə məhkum edilib. Vaşinqton rəhbərliyiylə böyük gərginlik yaşayan Tehran rəhbərliyi, casus olmaqda günahlandırılan iki şəxsin aldığı cəzaları açıqlamayıb.
 
İranın İSNA Agentliyinə görə, İran Məhkəməsinin sözçüsü Gulam Hüseyn İsmayili paytaxt Tehranda mətbuat konfransı təşkil edib.
İranda ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətləriylə əlaqəli olduğu iddia edilən iki şəxs haqqında məlumat verən İsmayili, "ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətləriylə əlaqəli iki adam haqqındakı məhkum olunma qərarı qısa müddət əvvəl çıxarıldı" deyib.
Söz mövzusu kəslərin şəxsiyyətini açıqlamayan İsmayili, söz mövzusu şəxslərin aldığı cəzalar haqqında da məlumat verməyib.
Müxalifət.az