İran da PKK-ya qarşı hərəkətə keçir

Baxış sayı:
1822

TSQ-nin terror təşkilatı PKK-nı İraqın şimalından təmizləmək üçün başlatdığı “Pəncə” Hərəkatına İrandan dəstək verilib.
 
İranın bölgədə terrorçuların sızacağı bölgələrdəki əhalini təxliyə etdiyi və sızma cəhdlərinə qarşı da tədbir görərək sərhəd patrullarını artırdığı qeyd edilib. İranın İraqın şimalında davam edən hərəkatı yaxından izləmək üçün kəşfiyyat əməkdaşlarını bölgəyə yönləndirdiyi, toplanan kəşfiyyat məlumatları istiqamətində öz tərəfində başladacağı əməliyyat hazırlıqlarını davam etdirdiyi bildirilir.
 
İraqda 30 km-lik təhlükəsiz bölgə
 
“Pəncə” hərəkatından sonra Türk əsgərinin Suriyanın şimalında olduğu kimi, 30-35 kilometrlik dərinlikdə bir təhlükəsiz bölgə meydana gətirməyi planladığı bu mövzuda da kürd peşmərgə ilə ortaq hərəkət edə biləcəyi ifadə edilib. Hərbi qaynaqlar İraq Kürd Regional Rəhbərliyinin PKK səbəbiylə bölgədə 300-ə yaxın kəndə xidmət göstərə bilməməkdən şikayətləndiyi, bu səbəblə “Pəncə” hərəkatından məmnun olduğunu qeyd edirlər.
Müxalifət.az