İran deputatı Xudafərində: “Buranı Ermənistan işğal edib”

Baxış sayı:
4957

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı sahilində yerləşən Xudafərin kəndində olub.
 
Tarixi Xudafərin körpüsünü (Həsrət körpüsü) ziyarət edən N.Qazipur öz instaqram səhifəsində Xudafərin körpüsündə çəkdiyi şəkli paylaşaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını pisləyib:

“Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsü. Şəkil 2018-ci il iyunun 4-də çəkilib”, - deyə o öz səhifəsində yazıb.