İran erməni oyunlarında iştirak edəcək: 245 müraciət...

Baxış sayı:
4276

İranın Azərbaycanla münasibətləri korlamamaq üçün Qarabağda keçiriləcək panerməni oyunlarına qatılmayacağı ilə bağlı yayılan məlumatlar doğru deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Məlumatların yoxlanılması mərkəzi özünün Feysbuk səhifəsində yazıb.
“Ümümdünya panerməni oyunları komitəsinin mətbuat xidməti məlumat verir ki, İran tərəfi hazırda ən çox müraciət edən tərəflərdən biridir. Müraciətlərin bitmə vaxtı iyulun 1-i olmasına baxmayaraq, İrandan artıq 245 müraciət daxil olub. Onların 36-sı Təbriz, 39-u İsfahan və Şahinşəhr və 170-i Tehrana aiddir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistanın “Jamanak” qəzeti İran, Türkiyə və Gürcüstanın Azərbaycanın işğal altında olan Qarabağ ərazisində keçiriləcək panerməni oyunlarına nümayəndə heyəti göndərməkdən imtina etmələri ilə bağlı məlumat yaymışdı.