İran-İsrail MÜHARİBƏSİ NƏ QƏDƏR REALDIR?

Baxış sayı:
3940

Bütün dünya İsrail və İran arasında müharibə ehtimalının nə qədər real olduğunu müzakirə edərkən, mövzunun mütəxəssisləri sözügedən ehtimalı “hurriyet.com.tr”-la dəyərləndirib.
 
 “Hürriyyət” qəzetinə danışan Oklahoma Universitetinin Yaxın Şərq İnstitutunun direktoru Coşua Landis, "İsrailin Suriyada yerləşən İran raket bazalarına və Suriya ordusuna qarşı təcavüzü İranın İsrailə qarşı təcavüzünün qarşısını almaq üçün idi. İsrail, İranın Holan Təpələri məsələsindəki siyasi tarazlığı dəyişməsinin qarşısının alınması üçün son bir neçə ildə yeni qırmızı xətlər çəkirdi. İranın bir neçə ay əvvəl İsrailə aid insansız hava aparatını vurmasından sonra İsrail rəhbərliyi daha aqressiv bir mövqe tutdu" deyib.
 
İRANIN TARİXDƏKİ İLK HÜCUMU
 
Suriyadakı İrana aid mövqelərdən İsrailin işğalı altındakı Qolan Təpələrinə qarşı raket hücumunun həyata keçirilməsi İranın İsrail nəzarətindəki bir bölgəyə tarixdəki ilk hücumu kimi qeyd olunur.
 
SURİYA VƏ İRAN BİR CƏBHƏ MÜHARİBƏSİ İSTƏMİR
 
Landis, İran və Suriyanın İsrail ilə bir cəbhə müharibəsi planlaşdırmadığını deyib. İsrailin Suriyadakı vəziyyətin öz əleyhinə dönməsini əngəlləməyə çalışdığını qeyd edən Landis, "Holan Təpələri, 1973-cü ildən bəri İsrailin ən etibarlı sərhədi oldu. Suriyadakı vətəndaş müharibəsindən sonra ölkədə İranın gedərək artan nüfuzu səbəbi ilə, İsrail İrana bölgədə hava məkanının hakimi olduğunu və İrandan daha yüksək bir hərbi texnologiyaya sahib olduğunu göstərmək istəyir" deyə, bildirib.
Atlantik Şurasından Yaxın Şərq mütəxəssisi Mona Alamı isə "İsrailin Trampın İran mövqeyi və nüvə müqaviləsindən çıxması səbəbindən əldə etdiyi üstün mövqeyi istifadə etdiyini düşünürəm. İranın Suriya daxilindəki davamlı yayılması İsrail tərəfindən birbaşa təhdid kimi qəbul edilir" deyə, şərh edib.
 
İRANDAN İLK AÇIQLAMA
 
İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Kasımi "İran, İsrailin Suriyaya hücumlarını şiddətlə qınayır. Beynəlxalq ictimaiyyətin sükutu İsrail təcavüzkarlığını cəsarətləndirir. Suriya özünü müdafiə etmək üçün hər hüquqa malikdir" deyib.
 
İRAN QEYRİ- NİZAMİ HƏRB MÖVZUSUNDA İXTİSASLAŞIB
 
Alamı, İki tərəf arasındakı qarşıdurmaların vəkalət müharibələrindən cəbhə müharibələrinə çevrilib, çevrilməyəcəyi sualına isə, "İran, qeyri- nizami müharibə, sui-qəsdlər, təbliğat və meydançadakı vəkillərini istifadə etmə mövzusunda ixtisaslaşmış bir ölkədir və Suriyadakı bu kartını mümkün olduğu dərəcədə istifadə etməyə davam edəcək. Ancaq İsrailin bu şəkildə bir həmləyə girib, girməyəcəyi maraq mövzusudur" deyib.
Rusiyanın İran və İsrail arasındakı böhranda tərəf tutmamağa cəhd etdiyini deyən Alamı, Rusiyanın iki ölkə arasında təzyiqin düşməsinə yönəlik cəhdləri və etidallı açıqlamalarının işə yaramayacağını qeyd edib.
Alamı, "Məncə, Rusiya İsrailə qarşı bir hərəkətə keçməyəcək və Rusiya daha çox təzyiqi salma yönündə fəaliyyətinə davam edəcək" deyə, bildirib.
Müxalifət.az