İran İsraili hədələdi: TƏL-ƏVİV VƏ HAYFANI YOX EDƏRİK

İranın yüksək vəzifəli dini liderlərindən olan Xatəmi cümə xütbəsində Qərb ölkələrini yaylım atəşinə tutub, İsrailin axmaq bir hücum etdiyi təqdirdə Təl-Əviv və Hayfanın yox ediləcəyini deyib.
İranın yüksək vəzifəli dini liderlərindən olan Ayətullah Əhməd Xatəmi bu gün verdiyi açıqlamalarla Qərb ölkələrinə kəskin reaksiya göstərib.
İran dövlət televiziyasının bildirdiyinə görə, cümə xütbəsində çıxış edən Xatəmi, İsrailin axmaq bir hücum etdiyi təqdirdə Təl-Əviv və Hayfanın yox ediləcəyini deyib.
AVROPAYA ETİBAR ETMƏK OLMAZ
İranın nüvə müqaviləsinə imza atan Avropalı ölkələrə etibar etməyin mümkün olmadığını bildirən Xatəmi, "ABŞ bizə çox da bir şey edə bilməz. Onlar daim İran rejiminin süqutunu hədəfləyir. Avropalı imzaçılara da etibar olunmaz. İranın düşmənlərinə də etimad oluna bilməz" deyib.
Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif, 14 mayda Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Zərif, həmkarı Sergey Lavrov ilə son vəziyyəti müzakirə edəcək.
Müxalifət.az