İran qarışdı! ÖLÜ VƏ YARALILAR VAR

Baxış sayı:
7414

İranda Fars əyalətinə bağlı Kazerun şəhərində dünən gecə başlayan və bütün şəhəri bürüyən etiraz aksiyalarında 1 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
 
İran mediasında əks olunan xəbərlərə görə, Kazerunda hökumətin şəhəri ikiyə ayırma planını etiraz etmək məqsədilə dünən gecə keçirilən mitinqlər zorakılığa çevrilib.
 
1 ÖLÜ, 6 YARALI
 
Nümayişçilərdən bəzilərinin şəhərdəki polis bölməsinə hücum etdiyi və məntəqəni yandırdığı qeyd olunub. Hadisələr zamanı bir nəfərin həyatını itirdiyi, ikisi ağır olmaqla, 6 nəfərin də yaralandığı ifadə edilib.
Nümayişçilər tərəfindən sosial mediada paylaşılan görüntülərdə silah səsləri eşidilir.
 
RƏSMİ AÇIQLAMA GƏLMƏDİ
 
Rəsmilərdən hələlik məsələ ilə bağlı açıqlama verilməyib.
 
ŞƏHƏRİ İKİYƏ AYIRMAQ PLANI
 
Qeyd edək ki, İranın cənubundakı Fars əyalətində yer alan Kazerun, son həftələrdə hökumətin şəhəri ikiyə ayırma planına reaksiya göstərən bölgə xalqının keçirdiyi nümayişlərə səhnə olmuşdu.
Müxalifət.az