İRAN QARIŞIR! - VƏZİYYƏT KƏSKİNLƏŞƏCƏK

Muxalifət.az xəbər verir ki, İran Araşdırmaları Mərkəzinin (İRAM) daxili siyasət üzrə mütəxəssis Mehmet Koç İranda cidanın artıq cuvalda gizlənə bilməyəcək hala gəldiyini bildirərək deyib: “Dini və ənənəvi dəyərlər üzərində qurulan dövlət özü islahat aparmasa, dövlət və millət arasında toqquşma getdikcə kəskinləşəcəkdir”.
Tehranda Qonabadi təriqətinin müridləri ilə asayiş qüvvələri arasında baş verən gərginliyi “Anadolu Agentliyi”nı izah edən Koç İranın yeni ictimai və siyasi böhranlarla qarşılaşacağını deyib.
Koç İrandakı dini dövlətin mədəni və təhsil siyasətlərinin bacarıqsızlığının xalq arasında təriqətlərə meylliliyini artırdığını qeyd edib.
İranda dövlət ilə millət arasındakı məsafənin getdikcə böyüdüldüyünü söyləyən Koç deyib: “Bu vəziyyət sabah başqa ictimai və siyasi böhranları da özü ilə birlikdə gətirəcək. İran cəmiyyəti və dövləti buna doğru getməkdədir. 10 ildən bir qarşı-qarşıya gələn, 1999, 2009 və 2018-ci illərin hadisələrinin göstərdiyi kimi dövlət hər an ictimai hadisələrlə üzləşir. İranda olan hadisələr təkcə İranı deyil, bütün bölgəni öz təsiri altına alır. İranda olan hadisələr sadəcə İranı deyil, bütün blgəni əhatə edir. Belə bir ölkənin daxili qarışarsa, istər-istəməz bölgədəki bütün tarazlıqlar pozular”./Hurriyyet.org/