İran rəsmi şəkildə açıqladı: neft qayığı saxlanıldı və 6 nəfər...

Baxış sayı:
20728

İran qüvvələri Bəsrə körfəzi yaxınlığında 40 min litr qaçaq neft daşıyan qayığı saxlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qayıqdakı 6 nəfər həbs edilib.
Xuzistan əyaləti sərhəd komandiri Lütf Əli Pəkbəz dövlət televiziyasına verdiyi açıqlamada ölkənin cənub-qərbindəki Ərvənd çayından Bəsrə körfəzinə keçməyə çalışan qayığı saxladıqlarını təsdiq edib.
Qeyd edək ki, İranda ən çox yanacaq sahəsində qaçaqmalçılıq geniş yayılıb. Qaçaqçılar xüsusilə dövlətin buraxdığı yanacaq məhsullarını xarici ölkələrə çıxarır.