İran tankeri qalmaqalı: Cəbəllütariqdə saxlanmış gəmi buraxılıb

Baxış sayı:
7204

İyul ayından indiyə kimi Suriyaya neft daşımaqda şübhəli bilinən və Cəbəllütariq boğazında saxlanan İran gəmisi limanı tərk edib.

Müşahidə altında olan gəminin Aralıq dənizinin şərqi ilə hərəkət edərək Yunanıstanın Kalamata limanına üz tutub.

Cəbəllütariq boğazı gəmi üzərindən həbs qərarını götürdükdən bir gün sonra ötən cümə günü Amerika Birləşmiş Ştatları gəmi üzərinə həbs qoyub.

Lakin Cəbəllütariq boğazı Amerika Birləşmiş Ştatlarının İrana sanksiyalarının Avropa İttifaqı ərazisində keçərli olmaması səbəbindən Vaşinqtonun tələbinə əməl edərək yeni saxlanma qərarı çıxara bilməyəcəyini bildirib.

Rəsmi Tehran Adrian Darya-1-ə hərbi dəniz müşaiyəti göndərməyə hazır olduğunu bəyan edib.

Nə baş verib?

Gəmi özünün 29 nəfərlik - Hindistan, Rusiya, Latviya və Filippindən olan heyəti ilə Britaniya Dəniz Piyadaları tərəfindən iyulun 4-də Cəbəllütariq hökumətinin (Britaniya ərazisi) onun Avropa İttifaqının sanksiyalarına rəğmən Suriyaya getməsi ehtimalı ilə saxlanıb.

Bu addım İngiltərə və İran arasında diplomatik münasibətlər krizis yaranmasına və sonrakı həftələrdə İranın Körfəzdə İngiltərə bayrağı altına üzər İsveç gəmisi - Stena İmperonu saxlaması ilə daha da kəskinləşməyə səbəb oldu.

Cəbəllütariq hökuməti cümə axşamı günü İran hökumətindən gəminin yüklərini Suriyada boşaltmayacağına dair təminat aldıqdan sonra bu addımı atıb.

ABŞ-ın Ədliyyə İdarəsi daha sonra sözügedən gəmini terrorçu qrup kimi tanınan İran İslam İnqilabı Keşikçiləri ilə əlaqədə ittiham edərək saxlanmasını tələb edib.

İran gəmisi Cəbəllütariqdən buraxılıb

ABŞ-ın tələbə nə üçün rədd edilib?

Cəbəllütariq bazar günü açıqlamasında bildirib ki, bu istəyi yerinə yetirə bilməyəcək, çünki İnqilab Keşikçiləri Korpusu Britaniya ərazisinin də daxil olduğu Avropa İttifaqı ərazisində terroçu qrup kimi tanınmayıb.

Həmçinin bəyanatda deyilir ki, ABŞ-ın İran üzərində neft ixracına qoyulan sanksiyaları Avropa İttifaqı tərəfindən dəstəklənə bilməz, çünki "ABŞ və AB-də çox fərqli mövqelər və qanuni rejimlər" mövcuddur.

Hələlik Vaşinqton buna cavab verməyib.

İranın Böyük Britaniyadakı səfiri Hamid Baeidinejad bazar günü öz Twitter hesabından bildirib ki, iki mühəndis qrupu Cəbəllütariqə göndərilib.

İranın Qərblə münasibətləri barədə

İyulun 19-da saxlanmış İnqilab Keşikçiləri tərəfindən saxlanmış Stena İmpero gəmisi hələlik İranın "əlindədir".

Britaniya hökuməti bildirib ki, önəmli daşıma yolu olan Hörmüz boğazı ilə səyahət edən ticarət gəmisini qorumaq üçün ABŞ qüvvələrinə qoşula bilər.

İran və Qərb arasında gərginliyin digər bir məsələ - İranın nüvə Proqramı səbəbilə yenidən canlandığını müşahidə etmək olar.

Vaşinqton 2015-ci ildə İranın Nüvə Proqramının məhdudlaşdırmaq üçün olan anlaşmadan ötən il Tehranın nüvə silahını hələ də inkişaf etdirməsi ehtimalına görə çıxıb.

Daha sonra isə Vaşinqtonun sanksiyalar tətbiq edərək, daha sonra isə sərtləşdirməsi ABŞ-İran arasındakı gərginliyi artırıb.

Böyük Britaniya və digər Avropa ölkələri anlaşmaya sadiq qaldıqlarının bəyan ediblər (BBC Azərbaycan).

https://www.bbc.com/azeri/international-49392688