İran tankerinə hücum: Donanma müdaxilə etdi
8-03-2019 19:04
Baxış sayı:
5677

İrana məxsus neft tankerinə Bab əl-Məndab boğazında hücum edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri informasiya yayıb.
Məlumata görə, dəniz quldurları 11 qayıqla İrana məxsus tankerə hücuma keçib. İran Hərbi Dəniz Qüvvələrinin 60-cı donanmasının çevik fəaliyyəti nəticəsində hücumun qarşısı alınıb.
Qeyd edək ki, tankerin göyərtərinsə 150 min tondan artıq neft olub.