İran XİN rəhbəri Zərifin istefa səbəbi bəlli oldu

Baxış sayı:
5833

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriyadakı rejimin lideri Bəşşar Əsədin Tehrana etdiyi səfərin ondan xəbərsiz həyata keçirilməsi səbəbilə istefa etdiyi irəli sürülüb.
 
İranda fəaliyyət göstərən "Entekhab" saytının xəbərinə görə, Cavad Zərif sayt müxbirinin sualına qısa mesajla verdiyi cavabda, "Bu gün aparılan danışıqlardakı fotolardan sonra Cavad Zərifin xarici işlər naziri kimi artıq dünyada nüfuzu yoxdur" deyə qeyd edib.
 İranlı Tələbələr Xəbər Agentliyinin (ISNA) xəbərində də, Zərifin mesajında, Suriyadakı rejimin lideri Bəşşar Əsədin dünən İran lideri Əli Xamneyi və prezident Həsən Ruhani ilə apardığı danışıqları nəzərdə tutduğu irəli sürülüb.
İran Məclisinin Rəyasət Heyətinin üzvü Əli Rza Rəhimi də verdiyi açıqlamada, Zərifin istefa qərarına təpki göstərərək bunları qeyd edib:
“İkinci bir Zərif yoxdur. Onun yerinə gələcək adam ya zərər verici idarəyə itaət edəcək, ya da inqilabçılıq adına bir çox nailiyyəti yox edəcək. Əgər Zərifin istefası dəqiqləşsə, bu, içəridəki müxaliflərin xəncərinin təsirli olduğu mənasına gəlir. Sabah Məclisdə Zərifin istefasının pərdə arxasını müzakirə edəcəyik edəcəyik".
Zərifin qatılmadığı görüşdən əks olunan fotoşəkillərdə İran İnqilab Mühafizəçiləri Ordusu Qüds Gücü komandanı Qasım Süleymaninin görülməsi diqqəti çəkmişdi.
Qeyd edək ki, Zərif dünən rəsmi sosial media hesabından verdiyi açıqlamada, vəzifəsinə davam etməyəcəyini bildirərək, "Əziz və cəsur İran milləti ilə dəyərli nümayəndələrə geridə qalan 47 ay ərzində göstərdiyi nəzakət üçün təşəkkür edirəm. Vəzifə müddətində yerinə yetirmədiyim xidmətlər və nöqsanlara görə, səmimiyyətlə üzr istəyirəm. Sağlıqla qalın" deyə bildirmişdi.
Müxalifət.az