İran “Zeytun Budağı” hərəkatında niyə TÜRKİYƏYƏ QARŞI ÇIXIR?

Baxış sayı:
7873

Türkiyənin SETA Strateji Araşdırmalar Mərkəzinin direktoru Həsən Bəsri Yalçın “Zeytun Budağı” əməliyyatına qarşı çıxan İranla bağlı bəzi məqamlara aydınlıq gətirilib.
 
Bəs İran bu işin harasındadır?
 
“İran Ruslardan daha qəzəblidir. Türkiyə ilə ziddiyyətdə ön sıradadırlar. Suriyada ən çox maliyyə cəhətdən xərcə düşdüklərini hesab edirlər. Amma buna rəğmən günün sonunda Türkiyə İrandan daha çox təsir sahibinə çevrilib. İran Rusiyanın yanında duran yedək komanda vəziyyətinə düşüb. Rusiya ilə bazarlıq şansı da çox aşağıdır, çünki başqa alternativi yoxdur. Zaman zaman bu cür cığallıq edərək güzəşt qoparmağa çalışır, amma buna da müvəffəq ola bilmir. Fərat Qalxanında da, Afrində də Türkiyə ilə Rusiya arasındakı uzlaşmaya zərər vermək üçün əlindən gələni etdi. Amma sonda Rusiya İranı nəzarət altına almağı bacardı.
 
-Amma Suriyanın qalibi olaraq İran və İsraili görənlər də var
 
“Bəli, bəzi ölkələr var. Suriyanın əsl qalib gələn ölkəsi kimi görünür. Bunların başında da İran və İsrailin gəldiyi güman edilir. Haradasa doğru kimidir. Amma günün sonunda İran Rusiyanın kiçik aparatı kimi oldu. İsrail İranla qonşu oldu. İkisi də çox narahatdır indi. İran Suriyada hədsiz yayılmanın yaratdığı bütün problemlərlə qarşılaşacaq. Həm düşmənləri çoxaldı, həm də itkilər verdi”.
Müxalifət.az