İrana ABŞ tərəfindən tətbiq olunacaq SANKSİYA HANSI SAHƏLƏRİ ƏHATƏ EDİR?

ABŞ-ın nüvə müqaviləsinin ləğvi ilə bağlı İrana tətbiq edəcəyi embarqonun şərtləri məlum olub. Gətirilən qadağaların İranla ticarəti olan Avropa İttifaqını da vurması Avropa paytaxtlarında sərt reaksiyalara səbəb olub. AB, şirkətlərinin embarqodan zərər gördüyü halda ABŞ-ı Dünya Ticarət Təşkilatına şikayət etməyə hazırlaşır
6 AVQUSTDA QÜVVƏYƏ OLUNACAQ İLK EMBARQOLAR
İran hökumətinin ABŞ dolları ilə mübadiləsi qadağan olunacaq.
Qızıl və qiymətli metal alverinin qarşısı alınacaq.
Qrafit, alüminium, poladla yanaşı, kömür və digər yanacaq vasitələrin idxalı qadağan olunacaq.
Bu məhsulları İrana ixrac etmək istəyən ölkələr də sanksiyalara məruz qalacaq.
İran xaricində olan və İrana aid mənbələrin bu ölkə tərəfindən nəzarətinin qarşısı alınacaq.
İranın dövlət istiqrazı tenderi açması və ya istiqraz satması qadağan olunacaq.
Ölkənin avtomobil sektoruna yönəlik məhdudlaşdırmalar tətbiq olunacaq.
İrandan ABŞ-a ixrac olunan ərzaq, xalça satışı və buna bağlı maliyyə əməliyyatları təxirə salınacaq.
İrana yönəlik sərnişin təyyarəsi, təchizatı və xidmət satışı dayanacaq.
4 NOYABR DA QÜVVƏYƏ MİNƏCƏK EMBARQOLAR
İranla əlaqəli olan bütün neft əməliyyat və xidmətləri dayanacaq.
İrandan neft əsaslı neft-kimya törəmə məhsulların hamısının qəbulu qadağan olunacaq.
İran Mərkəzi Bankı ilə bütün xarici bank və maliyyə qurumları arasındakı əməliyyatlar dayanacaq.
İran Mərkəzi Bankı və ölkənin maliyyə qurumlarına yönəlik mühüm əhəmiyyət kəsb edəcək qlobal iqtisadi informasiya axını qadağan olunacaq. İranla bağlı bütün sığorta əməliyyatları dayandırılacaq.
İranın neftİ də daxil olmaqla, bütün enerji sektoruna qarşı embarqolar dövrəyə girəcək.
Ölkənin liman fəaliyyəti, tərsanələri və gəmi ilə nəqliyyat sektoru da embarqoya daxil ediləcək.
Müxalifət.az