İrana bir zərbə də Twitterdən

Baxış sayı:
8515

Dünyanın ən böyük sosial media platformalarından biri olan Twitter etdiyi açıqlamada, İran qaynaqlı və İran hökumətinin doğrudan dəstəklədiyi düşünülən təxminən 4800 Twitter hesabının platformadan silindiyini bəyan edib.
 
Twitter silinən hesabları siqnal və davranışlarının fərqli olduğunu açıqlayan üç fərqli qrupa ayırıb. İlk qrupun təxminən 2 milyon tweet atmış olan 1666 hesabdan meydana gəldiyi ifadə edilib.
Twitterin bu hesablara dair etdiyi açıqlamada, 'Ümumiyyətlə İran dövlətinin diplomatik və geostrateji fikirlərini dəstəkləyən bir dünyagörüşüylə qlobal xəbər məzmununu paylaşdılar' dediyi ifadə edilib.
248 hesabdan ibarət olan ikinci qrupun isə İsrail ilə əlaqədar müzakirələrə doğrudan qatıldıqları səbəbiylə silindiyi ifadə edilib.
Son olaraq 2865 hesabdan ibarət olan üçüncü qrupun isə saxta şəxsiyyətlərdən meydana gəldiyi, həm İran, həm də dünyadakı siyasi və sosial məsələlər üzərində müzakirə səyi içində olduqları səbəbiylə silindiyi bəyan edilib.
Müxalifət.az