İrandan ABŞ-a sərt mesaj: Gərginliyin nəticələrini də qəbul edin

İranın Xarici İşlər nazirinin müavini Abbas Arakçi ABŞ, İsrail və onlarla birlikdə hərəkət edən ölkələrin yaratdıqları gərginliyin nəticələrini də qəbul etmələri lazım olduğunu ifadə edib.
ABŞ-ın İrana yönəlik iqtisadi sanksiyaları və bölgədəki hadisələrlə əlaqədar olaraq Arakçi, "Bölgədə tam sabitlik və təhlükəsizlik bütün ölkələrin iqtisadi mənfəətləri və milli təhlükəsizlikləri təmin edildiyi zaman reallaşar" deyib.
İranın regional təhlükəsizlik üçün xüsusi rol oynadığını ifadə edən Arakçi, "ABŞ, İsrail və onlarla birlikdə hərəkət edən ölkələrin yaratdıqları gərginliyin nəticələrini də qəbul etmələri lazımdır" deyib.
ABŞ ilə hər cür müzakirə ehtimalını rədd edən Arakçi, İranın prioritetinin bölgə ölkələriylə dialoq olduğunu və Bəsrə Körfəzində Regional Dialoq Forumu kimi təşkilatlar ilə Hücum Etməmək Razılaşmasının qonşu ölkələr arasındakı rəftar və etimad kanallarını təsis edə biləcəyini ifadə edib.
Arakçi bölgənin sabitliyi və təhlükəsizliyi üçün İranın Körfəz ölkələriylə bir dialoqa hazır olduğunu vurğulayıb.
Müxalifət.az