​İrandan İngiltərəyə xəbərdarlıq: Gərginlik artacaq!

Baxış sayı:
5326

Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, Cəbəllütariq boğazında İran tankerlərinin müsadirəsinin qəbuledilməz olduğu, bu addımın gərginliyi artıracağı ilə bağlı səfirə xəbərdarlıq edilib.
Qeyd edək ki, İrana məxsus neft tanklerləri Cəbəllütariq boğazında İngiltərənin Kral donanması tərəfindən saxlanılmışdı.
Sözügedən tankerlərin Avropa Birliyinin sanksiyalarını pozduğu və Suriyaya neft daşıdığı deyilirdi.