İrandan Türk əsgərinə ÇİRKİN İTTİHAM

Xameneyinin hərbi müşaviri, “Zeytun Budağı” Hərəkatı çərçivəsində Suriyaya daxil olan Türk əsgərini "işğalçı" kimi səciyyələndirərək, əməliyyatın bir an əvvəl dayanmasını gözlədiklərini açıqlayıb.
Amerikanın dəstəyi ilə Suriyanın şimalına yerləşən terror təşkilatlarına qarşı başlanılan “Zeytun Budağı” Hərəkatı, 45-ci gününə girib. Havadan və qurudan terrorçulara qarşı qətiyyətlə əməliyyatlar keçirən Türkiyə ordusunun regionda atdığı bu uğurlu addımlar bəzi ölkələri narahat etməyə başlayıb.
HƏYASIZ AÇIQLAMA: TÜRK ƏSGƏRİNƏ İŞĞALÇI İTTİHAMI
İranın dini lideri Əli Xameneyinin hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi Türkiyənin Suriyanın ərazi bütövlüyünü pozduğunu iddia edib.
Həyasız general, Türk əsgərini "işğalçı" kimi səciyyələndirərək,” Zeytun Budağı” Hərəkatının bir an əvvəl dayanmasını gözlədiklərini bildirib.
Müxalifət.az