İranı sarsıdan hadisə: Ruhaninin məsləhətçisi həyat yoldaşını öldürdü

Baxış sayı:
4525

İran prezidenti Həsən Ruhaninin məsləhətçisi Məhəmməd Əli Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf edib.
 
İranın Xəbər Agentliyi “ISNA”-ya açıqlama verən Cəza Prokurorluğunun rəhbəri Məhəmməd Şehriyari, Nəcəfinin həyat yoldaşını öldürdüyünü etiraf etdiyini söyləyib.
 
POLİSƏ TƏSLİM OLDU
 
Nəcəfinin polisə təslim olduğunu ifadə edən Şehriyari, "Nəcəfi ailəvi anlaşılmazlıqlar səbəbiylə həyat yoldaşını öldürdüyünü etiraf etdi" deyib.
Ruhaninin yaxın qrupundan sayılan, Tehranın keçmiş Bələdiyyə başçısı Məhəmməd Əli Nəcəfinin ikinci arvadı olan Mitra Nəcəfi, paytaxt Tehranın şimalındakı Saadat Abad səmtindəki evində sinəsindən vurularaq öldürülüb.
İranda islahatçılara yaxınlığıyla bilinən "İnsafnews" xəbər saytı hadisənin baş verməsindən sonra sosial media hesabından paylaşdığı mesajda, "Nəcəfinin həyat yoldaşı dünən “İnsafnews” saytına zəng etdi və bizə açıqlama vermək istədi. Bu gün ofisə gəlməli idi, ancaq eyni gün öldürüldü" deyə qeyd edilib. 
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani dövründə Təhsil naziri vəzifəsində çalışan Məhəmməd Əli Nəcəfi, bir müddət prezident Ruhaninin köməkçisi olaraq vəzifəsini yerinə yetirdikdən sonra 2017-də Tehranın Bələdiyyə başçısı seçilmişdi. Nəcəfi keçən il uşaqların rəqs etdiyi bir mərasimə qatıldığı üçün sıx tənqidlərə məruz qalmasından sonra "xəstəliyi" səbəb göstərərək istefa vermişdi. İslahatçı olması ilə bilinən Nəcəfi, prezident Ruhaninin yaxın qrupunda yer alıb.
Müxalifət.az