İranın müdafiə naziri Suriyada Əsədlə görüşəcək
26-08-2018 13:45
Baxış sayı:
3403

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi Suriyaya ikigünlük səfər edib.
“Tasnim” agentliyi xəbər verir ki, Əmir Hatəminin suriyalı həmkarı Əli Əyyubla danışıqlar aparacağı və Suriya Prezidenti Bəşər Əsədlə görüşü planlaşdırılıb. Tərəflərin iki ölkən arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, eləcə də Dəməşqdəki son vəziyyəti və terrorçu dəstələrə qarşı əməliyyatın gedişini müzakirə edəcəyi nəzərdə tutulub(teleqraf.com).