İranın sünni din xadimi molla rejiminə etiraz etdi – “40 il keçməsinə baxmayaraq...”
3-06-2018 18:04
Baxış sayı:
3361

İranda İslam İnqilabından 40 il keçməsinə baxmayaraq, burada sünnilər hələ də ayrı-seçkiliklə qarşı-qarşıyadır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın nüfuzlu din xadimlərindən Əbdülhəmid İsmayılzehi deyib.
“İranlı sünnilər, vətənlərinə xidmət üçün idarəçilik pillələri və hərbi vəzifələrdə olmaq istəyirlər”, - din xadimi bildirib.
Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani də ölkədə gənclərin, qadınların və azlıqların hüquqları ilə bağlı dövlətdən şikayətçi olduğunu açıqlamışdı.