İraq, Qəndil ƏMƏLİYYATINDAN RAHATSIZ OLDU

İraqın baş naziri Heydər əl-İbadi, Türkiyənin PKK ilə mübarizədə İraqın suverenliyinə hörmət etməsi lazım olduğunu bildirərək, "İraqın suverenliyinin hər hansı şəkildə pozulmasını qəbul etməyəcəyik" deyib.
Türkiyə terrorçuları bölgədən təmizləmək üçün terror təşkilatı PKK-nın ana qərargahı Qəndilə qarşı əməliyyat keçirəcək.
ÖLKƏSİNDƏKİ TERRORÇULARIN TƏMİZLƏNMƏSİNDƏN NARAHAT OLDU
Ölkəsinin şimalını illərdir işğal edən terror təşkilatına lazım olan müdaxiləni edə bilməyən İraq, Türkiyənin əməliyyatlarından narahat olub.
İBADİDƏN SƏRSƏM İDDİA
İraqın baş naziri Heydər əl-İbadi, İraq torpaqları içindəki Qəndilə əməliyyatın 24 iyun seçkiləri ərəfəsində keçirilməsi seçicidən dəstək almaq üçün edilmiş bir fəaliyyət kimi qiymətləndirərək, bu məsələdə Türkiyə ilə hərbi koordinasiyada olmadıqlarını bildirib.
MÜDAXİLƏNİ QƏBUL ETMƏYƏCƏYİK
İbadi, İraqın suverenliyinin hər hansı şəkildə pozulmasını qəbul etməyəcəklərini deyib.
Müxalifət.az