İraq seçkisinin qalibi Sadrdan İBADİYƏ ŞƏRT: "İSTEFA VER, BAŞ NAZİR OL"

İraqın baş naziri və “Nasr” Koalisiyasının lideri Heydər İbadi ilə 12 may seçkilərinin qalibi “Sairin” koalisiyasının sədri Mukteda Sadr, hökumət bazarlığı üçün Bağdadda bir araya gəlib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş azir İbadi, bütün siyasi təbəqələri seçki nəticələrini qəbul etməyə çağırıb. İbadi korrupsiyaya qarşı mübarizə edən bir hökumətin qurulması üzərində fikir mübadiləsi apardıqlarını qeyd edərkən, Sadr isə qurulacaq hökumətin İraqlıların hüququnu qoruyacağını qeyd edib. Görüşün pərdə arxasına dair İraq mediasında yer alan xəbərlərdə isə Sadrın İbadidən Şiə Müharibə Partiyasından istefa etməsini istədiyi yazılıb. "İSTEFA VER, BAŞ NAZİR OL” “K24” televiziyası istefa şərtilə İbadinin baş nazirliyinə razı olacağını bildirərkən, “Baghdad Post” isə Sadrin baş nazir vəzifəsini verib, əvəzində Xarici İşlər və Daxili İşlər Nazirliklərini alacağını bildirib. Müxalifət.az